• İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında 17 aprel 2007-ci il tarixli Qərar

    İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında

    AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI

     

    «İctimai Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 17.2-17.4-cü və 17.6-cı maddələrinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

    Aşağıdakı şəxslər 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvləri seçilsinlər:

    Ağacan Qulam oğlu Abıyev—namizədliyi idman federasiyaları tərəfindən irəli sürülmüşdür;

    Salman Musa oğlu Musayev—namizədliyi dini konfessiyalar tərəfindən irəli sürülmüşdür;

    Altay Qulam oğlu Zahidov—namizədliyi yaradıcılıq təşkilatları tərəfindən irəli sürülmüşdür.

     

    Azərbaycan Respublikası Milli Məclisinin Sədri

    O.ƏSƏDOV

    Bakı şəhəri, 17 aprel 2007-ci il

    № 312-IIIQR

     

     

Yuxarı ^