• İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında 14 aprel 2009-cu il tarixli Qərar

    İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında

     

    AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MƏCLİSİNİN QƏRARI

     

    "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 17.2-17.4-cü və 17.6-cı maddələrinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

    Aşağıdakı şəxslər 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvləri seçilsinlər:

     

    Namiq Məsim oğlu Məmmədov

    - namizədliyi Sahibkarlıq Şurası tərəfindən irəli sürülmüşdür;

    Fuad Rauf oğlu Muradov

    - namizədliyi gənclər təşkilatları tərəfindən irəli sürülmüşdür;

    Zərifə Teymur qızı Salahova

    - namizədliyi qadın cəmiyyətləri tərəfindən irəli sürülmüşdür.

     

     

    O.ƏSƏDOV,

    Azərbaycan Respublikası Milli Məclisinin Sədri

    Bakı şəhəri, 14 aprel 2009-cu il

    № 788-IIIQR

Yuxarı ^