• İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında 18 mart 2011-ci il tarixli Qərar

    İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında

    AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI

     

    “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 17.2-ci, 17.4-cü və 17.6-cı maddələrinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

    Aşağıdakı şəxslər 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvləri seçilsinlər:

    Aqil İsaq oğlu Dadaşov – namizədliyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən irəli sürülmüşdür;

    Muxtar Kazım oğlu İmanov – namizədliyi Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən irəli sürülmüşdür;

    Cahangir Əbdüləli oğlu Məmmədli - namizədliyi Azərbaycan Mətbuat Şurası tərəfindən irəli sürülmüşdür.

     

    O.Əsədov

    Azərbaycan Respublikası Milli Məclisinin sədri

    Bakı şəhəri, 18 mart 2011-ci il

                № 87-IVQR

Yuxarı ^