• İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında 19 aprel 2013-cü il tarixli Qərar

    İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında

    AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI

     

    “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 17.2-17.4-cü və 17.6-cı maddələrinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

    Aşağıdakı şəxslər 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilsinlər:

    Babanlı Yusif Məmməd oğlu – namizədliyi idman federasiyaları tərəfindən irəli sürülmüşdür;

    Nurullayev Fuad İzzət oğlu – namizədliyi dini konfessiyalar tərəfindən irəli sürülmüşdür;

    Qafarova Zemfira Həsən qızı – namizədliyi yaradıcılıq təşkilatları tərəfindən irəli sürülmüşdür.

     

    O.Əsədov,

     Azərbaycan Respublikası Milli Məclisinin sədri

    Bakı şəhəri, 19 aprel 2013-cü il

    № 599-IVQR

Yuxarı ^