• Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 28 yanvar 2014-cü il tarixli 02/1 saylı qərarı

    Azərbaycan Respublikası

    Milli Televiziya və Radio Şurası

     

    Qərar 02/1

     

    Bakı şəhəri                                                                                                                                                                         28 yanvar 2014

     

    Qərar 02/1:

    Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 24, 32.3, 33.1.1, 187-1.0.1-ci, 187-1.0.4-cü maddələrini, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli, 1036-IIQ saylı Qanununun 53-56-cı maddələrini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 32.0.1, 32.0.9, 35.7, 35.11-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş“Milli Televiziya və Radio Şurası  haqqında Əsasnamə”nin 9.7-ci bəndini, "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar"ın 2.2, 2.4-cü bəndinin tələblərini rəhbər tutaraq  QƏRARA ALIR:

    LİDER televiziyasının efirində 09 yanvar 2014-cü il tarixdə saat 07:55-də efirə gedən «Ay ev yiyəsi» verilişində, 14 yanvar 2014-cü il, 15 yanvar 2014-cü il, 21 yanvar 2014-cü il, 24-27 yanvar 2014-cü il tarixdə  saat 18:20-də efirə gedən «Nə olsun?» verilişində, 15 yanvar 2014-cü il tarixdə saat 21:00 və 22:00 intervalında efirə gedən «Pərdə» verilişində hipnoz səhnələrinə və müvafiq icra hakimiyəti orqanı tərəfindən icazə verilməyən müalicə metodlarının reklamına yol verilməsi, 23 yanvar 2014-cü il, 24 yanvar 2014-cü il, 27 yanvar 2014-cü il tarixlərdə 1 saatda 12 dəqiqədən artıq reklamın yayımlanması ilə əlaqədar olaraq “Lider TV və Radio Azərbaycan” MMC-yə xəbərdarlıq elan edilsin.

     

    Sədr                                                                                                                                  Nuşirəvan Məhərrəmov

Yuxarı ^