• Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 27 dekabr 2013-cü il tarixli 10/1 saylı qərarı

    Azərbaycan Respublikası

    Milli Televiziya və Radio Şurası

     

    Qərar 10/1

     

    Bakı şəhəri                                                                                                                                                                                     27 dekabr 2013

     

    Milli teleserialların çəkilişi məqsədilə teleradio yayımçılarına maliyyə vəsaiti (qrant) ayrılması barədə

     

     

     

    Qərar 10/1:

    Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini, Azərbaycan Respublikası  Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.20-ci bəndini və “Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2013-ci il tarixli Sərəncamının tələblərini rəhbər tutaraq  QƏRARA ALIR:

    Milli teleserialların çəkilişi məqsədilə “Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası”, “Lider TV və Radio Azərbaycan” MMC, “Space Müstəqil Teleradio Kompaniyası”,  “Xəzər TV” MMC və “ANS Müstəqil Yayım və Media Şirkəti”nə - hər birinə birdəfəlik müqavilə bağlanılması yolu ilə  400 000  (dörd yüz min) manat məbləğində maliyyə vəsaiti (qrant) ayrılsın.

     

     

    Sədr                                                                                                                                                                                  Nuşirəvan Məhərrəmov

     

Yuxarı ^