• Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 28 fevral 2014-cü il tarixli 05/1 saylı qərarı

     

    Qərar 05/1:

    Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası  Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.6-cı bəndini, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanının 33.11-ci bəndini rəhbər tutaraq  QƏRARA ALIR:

    1. “ROBERTS CAFE” Məhdud Məsuliyyətli Cəmiyyətinə xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət (teleradio yayımı) üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya)  verilsin.

    2.  “ROBERTS CAFE” Məhdud Məsuliyyətli Cəmiyyətindən 1000 (min) manat məbləğində  rüsum tutularaq dövlət büdcəsinə köçürülsün.

     

     

     

    Sədr                                                                                                                                                                        Nuşirəvan Məhərrəmov

     

Yuxarı ^