• Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 10 fevral 2014-cü il tarixli 03/2 saylı qərarı

     

    Qərar 03/2:

    Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 24, 32.3, 33.1.1, 187-1.0.4-cü maddələrini, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli, 1036-IIQ saylı Qanununun 53-56-cı maddələrini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 35.2, 35.7, 35.8-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası  haqqında Əsasnamə”nin 9.7-ci bəndinin tələblərini rəhbər tutaraq  QƏRARA ALIR:

    İctimai televiziyanın efirində 01 fevral 2014-cü il tarixdə saat 17:30-18:07 intervalında yayımlanan “Yeni stil” verilişində, 02 fevral 2014-cü il tarixdə saat 10:50-11:50 intervalında yayımlanan “Müasir ev” verilişində, hər bazar saat 12:00-12:30 intervalında yayımlanan “Bioloji təbabət” verilişində gizli reklamın yayımlanması ilə əlaqədar olaraq “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nə  xəbərdarlıq elan edilsin.

     

     

     

    Sədr                                                                                                                                                                                   Nuşirəvan Məhərrəmov

Yuxarı ^