• Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 10 fevral 2014-cü il tarixli 03/1 saylı qərarı

    Qərar 03/1:

    Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 24, 32.3, 33.1.1, 187-1.0.4-cü maddələrini, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli, 1036-IIQ saylı Qanununun 53-56-cı maddələrini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 35.7-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası  haqqında Əsasnamə”nin 9.7-ci bəndinin tələblərini rəhbər tutaraq  QƏRARA ALIR:

    “|Space” televiziyası tərəfindən 30 yanvar 2014-cü il tarixdə saat 12:00-13:00 intervalında 20 dəqiqə, 18:00-19:00 intervalında 18 dəqiqə, 31 yanvar 2014-cü il tarixdə saat 12:00-13:00 intervalında 21 dəqiqə, 19:00-20:00 intervalında 20 dəqiqə, 01 fevral 2014-cü il tarixdə saat 12:00-13:00 intervalında 16 dəqiqə, 14:00-15:00 intervalında 18 dəqiqə, 15:00-16:00 intervalında 16 dəqiqə, 03 fevral 2014-cü il tarixdə saat 10:00-11:00 intervalında 18 dəqiqə, 15:00-16:00 intervalında 17 dəqiqə, 04 fevral 2014-cü il tarixdə saat 12:00-13:00 intervalında 16 dəqiqə,  15:00-16:00 intervalında 20 dəqiqə, 18:00-19:00 intervalında 17 dəqiqə,  05 fevral 2014-cü il tarixdə saat 10:00-11:00 intervalında 24 dəqiqə, 11:00-12:00 intervalında 17 dəqiqə, 15:00-16:00 intervalında 20 dəqiqə, 19:00-20:00 intervalında 18 dəqiqə  reklamın yayımlanması ilə əlaqədar olaraq “Space Müstəqil Tele-radio Şirkəti”nə xəbərdarlıq elan edilsin.

     

     

     

    Sədr                                                                                                                                                                              Nuşirəvan Məhərrəmov

Yuxarı ^