• "Milli Televiziya və Radio Şurası üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2007-ci il tarixli Sərəncamı

    Milli Televiziya və Radio Şurası üzvlərinin təyin edilməsi haqqında

     

    AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

     

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 11-ci bəndinə uyğun olaraq qərara alıram:

    Aşağıdakı şəxslər 6 il müddətinə Milli Televiziya və Radio Şurası üzvləri təyin edilsin:

     

    Cəbiyev Qafar Cəfər oğlu

     Ağayev Əlvan Həsən oğlu

     

    İlham ƏLİYEV,

    Azərbaycan Respublikasının Prezidenti

     

    Bakı şəhəri, 5 fevral 2007-ci il

    № 1941  

Yuxarı ^