• Həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamına rəy verilməsi Qaydası

    “Dövlət qeydiyyatına alınmışdır”

    “Təsdiq edilmişdir”

    Azərbaycan Respublikasının

    Azərbaycan Respublikasının

    Ədliyyə Nazirliyi

    Səhiyyə Nazirliyi

    Qeydiyyat № 4082

    Əmr № 114

    24 dekabr 2010-cu il

    03 dekabr 2010-cu il

    Nazir müavini_______ Toğrul Musayev

    Nazir________ Oqtay Şirəliyev

     

     

    Azərbaycan Respublikası

    Səhiyyə Nazirliyinin

    03 dekabr 2010-cu il tarixli

    114 nömrəli əmri ilə təsdiq edilmişdir

     

     

    Həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamına rəy verilməsi

     

    Q A Y D A S I

     

    1. Bu Qayda “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş həkim resepti olmadan buraxılan dərman vasitələrinin (bundan sonra – “dərmanların”) reklamının yayımı üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra “Nazirlik”) tərəfindən rəyin verilməsi qaydalarını müəyyən edir.

    2. Dərmanların reklamına rəy almaq istəyən hüquqi şəxs (bundan sonra – “ərizəçi”) Nazirliyə bu Qaydaya əlavə olunan formada ərizə ilə müraciət etməlidir (əlavə № 1). Ərizəçi qismində istehsal və ya topdansatış əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələr çıxış edə bilər.

    3. Ərizə ərizəçi adından çıxış edən səlahiyyətli şəxs tərəfindən imzalanır və möhürlə təsdiqlənir.

    4. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

    4.1. ərizəçinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiqlənmiş surəti;

    4.2. səlahiyyətli şəxsin şəxsiyyətini və səlahiyyətini təsdiq edən sənədlərin notariat qaydasında təsdiqlənmiş surəti;

    4.3. dərmanın qeydiyyat vəsiqəsinin surəti;

    4.4. dərmanın reklamına dair məlumat (yayımlanması vaxtı, yeri, forması və qaydası, mətni, foto, video materiallar və s.).

    5. Ərizə Nazirliyə daxil olduqdan sonra qeydə alınır, baxılır, dərmanın reklamının qanunvericiliyə uyğunluğu yoxlanılır, təqdim edilən sənədlərdə çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, qeydə alındığı gündən başlayaraq 10 iş günündən gec olmayaraq rəy verilməsi haqqında qərar qəbul edilir.

    6. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə 5 iş günündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir.

    7. Rəy bu Qaydaya əlavə olunan formada hazırlanaraq Azərbaycan Respublikası səhiyyə nazirinin müavini tərəfindən imzalanır və müraciət edən şəxsə təqdim olunur (əlavə № 2).

    8. Ərizəçiyə rəy verilməsindən imtina edildikdə bu barədə ona imtinanın səbəbləri göstərilməklə 5 iş günü müddətində yazılı məlumat verilir.

    9. Bu Qayda dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.

     

     

     

     

    Həkim resepti olmadan buraxılan

    dərman vasitələrinin reklamına rəy

     verilməsi Qaydasına Əlavə № 1

     

    Həkim resepti olmadan buraxılan dərman

    vasitələrinin reklamına rəy almaq üçün

     

    Ə R İ Z Ə

    _____________________________________________________________________________

    (ərizəçinin adı, təşkilatı-hüquqi forması)

    _____________________________________________________________________________

    (hüquqi ünvanı)

    _____________________________________________________________________________

    əlaqə üçün telefon nömrələri:___________________________________________________

    _____________________________________________________________________________

    (səlahiyyətli şəxsin adı, soyadı, atasının adı)

    _____________________________________________________________________________

    (yaşadığı ünvan)

    _____________________________________________________________________________

    (səlahiyyət verən sənədə dair məlumatlar)

    _____________________________________________________________________________

    (dərman vasitəsinin adı, istehsal olunduğu ölkə və şirkət, qeydiyyat nömrəsi və tarixi)

    _____________________________________________________________________________

    _____________________________________________________________________________

    dərmanın vasitəsinin reklamına rəy verilməsini xahiş edirik.

     

    Ərizəyə əlavə olunan sənədlər:

    1._______________________________________________________________________

    2. _______________________________________________________________________

    3. _______________________________________________________________________

    4. _______________________________________________________________________

    _________________________________________________________________________

    Qoşma: __________________ vərəq.

     

    _____________________________________________________ ________________________

    (səlahiyyətli şəxsin vəzifəsi, S.A.A.)                                                              (imza)

     

    möhür

    “____”____________ 20___   il

         
     

     

     

     

     

     

     

    Həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamına rəy verilməsi Qaydasına Əlavə № 2

     

    AZƏRBAYCAN RESPUBLİKASININ

    SƏHİYYƏ NAZİRLİYİ

     

    Həkim resepti olmadan

    buraxılan dərman vasitələrinin reklamına

     

    RƏY  №_____

     

    “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 3-cü bəndinə və “Həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamına rəy verilməsi Qaydası”na əsasən

    _____________________________________________________________________________

    (hüquqi şəxsin adı və rekvizitləri)

    _____________________________________________________________________________

    ____________________________________________________________________ tərəfindən

    _____________________________________________________________________________

    (reklam olunan dərman vasitəsinin adı və reklamına dair məlumat)

    _____________________________________________________________________________

     

    ____________________________________________________________ reklamının yayımı qanunvericiliyin tələbləri nəzərə alınmaqla həyata keçirilə bilər.

     

     

    Azərbaycan Respublikası

    Səhiyyə Nazirinin müavini

     

    ______________________________

     

    _________________

    (S.A.A.)

     

                    (imza)

     

     

    möhür

    “____”____________ 20___   il

             
     

     

Yuxarı ^