• “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman

    “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

     

    AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

     

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, teleradio sahəsində fəaliyyətin lisenziyalaşdırılmasını təkmilləşdirmək məqsədi ilə qərara alıram:

    “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 9, maddə 555; 2003, № 3, maddə 153, № 10, maddə 570; 2005, № 2, maddə 69, № 4, maddələr 301, 307, № 8, maddə 721, № 10, maddə 919, № 12, maddələr 1104, 1117; 2006, № 7, maddə 591, № 9, maddə 743, № 11, maddə 945, № 12, maddə 1057; 2007, № 6, maddə 618, № 8, maddələr 759, 765, № 10, maddə 943, № 11, maddələr 1098, 1106; 2008, № 8, maddə 718, № 9, maddə 799, № 11, maddə 969, № 12, maddə 1059; 2009, № 2, maddə 64, № 3, maddə 163, № 8, maddələr 619, 621, № 10, maddə 785, № 11, maddə 884; 2010, № 2, maddə 80, № 3, maddə 180, № 9, maddə 776, № 12, maddə 1061; 2011, № 2, maddə 85, № 4, maddə 288; Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyun tarixli 436 nömrəli Fərmanı) 2 nömrəli əlavənin - "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin 33-cü hissəsi aşağıdakı redaksiyada verilsin:

     

    33.

    Teleradio yayımı:

    Milli Televiziya və Radio Şurası

     

    33.1.

    ümumrespublika televiziya yayımı

    11 000

    33.2.

    Bakı şəhəri üzrə televiziya  yayımı

    5 500

    33.3.

    regional televiziya yayımı

    3 000

    33.4.

    ümumrespublika radio yayımı

    5 000

    33.5.

    Bakı şəhəri üzrə radio yayımı

    2 500

    33.6.

    regional radio yayımı

    1 000

    33.7.

    əlavə informasiya yayımı

    1 000

    33.8.

    abonentlərinin sayı 5 000-dək olan kabel şəbəkəsi yayımı

     

    3 000

    33.9.

    abonentlərinin sayı 5 000-dən yuxarı olan kabel şəbəkəsi yayımı

     

    5 000

    33.10.

    peyk уayımı

     

    1 000

    33.11.

    xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət

     

     

     

    1 000

     


    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının Prezidenti

     

    Bakı şəhəri, 11 avqust 2011-ci il

    № 492

Yuxarı ^