• Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov, Mətbuat Şurasının sədri Əflatun Amaşov Qazaxıstanın mədəniyyət və informasiya naziri Mınbay Darxan Kamzabekulının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

    Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov, Mətbuat Şurasının sədri Əflatun Amaşov və Qazaxıstanın mədəniyyət və informasiya naziri Mınbay Darxan Kamzabekulının başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.


    Görüşdə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov Milli Televiziya və Radio Şurasının fəaliyyəti, Azərbaycan Respublikasında teleradio yayımının əsasları və bu sahədə gedən sürətli inkişaf barədə qonaqlara geniş məlumat vermişdir. Qazaxıstanın mədəniyyət və informasiya naziri Mınbay Darxan Kamzabekulı isə Qazaxıstanda teleradio yayımının əsasları barədə geniş məlumat vermişdir. Görüşdə türk dövlətlərinin teleradio yayımı üzrə tənzimləyici qurumlarının koordinasiya şurasının yaradılması barədə razılıq əldə edilmiş, bu barədə TÜRKSOY-un məlumatlandırılması qərar alınmışdır. Görüşdə həmçinin teleradio yayımı ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

Yuxarı ^