• Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edir

    Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı müsahibə ELAN EDİR:


    Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Milli Televiziya və Radio Şurası Aparatının dövlət qulluqçuları iştirak edə bilərlər.

    Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
    • ərizə (2 nömrəli əlavə)
    • ağ fonda rəngli fotoşəkil 1 ədəd ( 3 x 4 sm ölçüdə)
     
    Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 26 may 2011-ci il tarixdən 09 iyun 2011-ci il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının Ümumi sektoru tərəfindən aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00 dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər. 
    Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsin¬də müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.
    Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının Ümumi sektoruna müraciət edilə bilər.

    Telefonlar:    (012) 598-36-59                      
    İnternet sayt : www.ntrc.gov.az

    Dövlət orqanının adı: Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası
    Struktur bölmənin adı: Ümumi sektor
    İnzibati vəzifənin adı:  sektor müdiri
    Vəzifənin kodu: 530001
    Ştat vahidinin sayı: 1
    İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 105
    İnzibati vəzifənin təsnifatı: 6-cı təsnifat
    Vəzifə maaşı: 465 manat

    Qulluq funksiyaları: 

    • işçilərin şəxsi işlərinin aparılması və formalaşdırılmasına nəzarət edilməsi;
    • struktur bölmələr üzrə əsasnamələrin və təlimatların işlənib hazırlanmasına rəhbərlik edilməsi; 
    • şuraya daxil olan sənədlərin, eləcə də vətəndaşlardan daxil olan müraciətlərin qeydiyyatının aparılmasına, onların icra edilməsinə və icra vəziyyətinə nəzarət edilməsi; 
    • rəhbərlik tərəfindən verilən sərəncam və əmrlərin rəsmiləşdirilməsi və işlərin formalaşdırılmasına nəzarət edilməsi;
    • işçilərin işə qəbulu, işdən azad edilməsi, iş yerinin dəyişdirilməsi, məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsinə nəzarətin həyata keçirilməsi; 
    • ixtisas və attestasiya komissiyalarına lazım olan materialların hazırlanması işinin təşkil edilməsi;
    • vəzifə funksiyalarının icrası ilə əlaqədar olaraq təşkil edilən seminar və müşavirələrdə iştirak edilməsi və s.

    Vəzifənin tutulması şərtləri: 

    təhsil: ali
    iş stajı: 3 il

    kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta-yüksək səviyyədə) 
    xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)

     

    Ərizə forması

     

    2 nömrəli əlavə

                                                  _________________________________________________________
                                                                                                         dövlət orqanının adı

                                                  _________________________________________________________
                                                                                                                rəhbərin adı

                                                  _________________________________________________________
                                                                       dövlət qulluqçusunun işlədiyi dövlət orqanı, struktur bölmə və vəzifə
     

                                                    _______________________________________________ tərəfindən 
                                                                                     dövlət qulluqçusunun adı və soyadı 


     

    Ə R İ Z Ə

    __________________________________________________________________________________
    iddia etdiyi vəzifənin tam adı

    __________________________________________________________________________________

    _________________________________________________________ vəzifəsinin tutulması məqsədilə

     “___” __________ 20___-__ il tarixdə elan edilmiş müsahibədə iştirak etmək üçün namizədliyimin qeydə alınmasını

          xahiş edirəm.

     

     

           “ ____________  ”         __________________________  
                     imza                                      adı və soyadı

           

            _____________________
                     tarix


     

Yuxarı ^