• Gəncə və ətraf ərazilərdə radio üzrə 93.3 MHz işçi tezliyinə 22 oktyabr 2012-ci il tarixdən 22 noyabr 2012-ci il tarixədək müsabiqə elan edilir

    Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası  "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərini  rəhbər tutaraq yeni regional radio yayım proqramının açılması üçün Gəncə və ətraf ərazilərdə radio üzrə 93.3 MHz işçi tezliyinə 22 oktyabr 2012-ci il tarixdən 22 noyabr 2012-ci il tarixədək müsabiqə elan edir.

    Müsabiqədə aşağıdakı şəxslər iştirak edə bilməzlər:

    -Azərbaycan Respublikası vətəndaşı olmayan şəxslər;

    -nizamnamə kapitalında xarici fiziki və ya hüquqi şəxsin payı olan hüquqi şəxslər;

    -ağır və ya xüsusi ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş, habelə məhkumluğu ödənilməmiş şəxslər;

    -fəaliyyət qabiliyyətsizliyi, yaxud fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması məhkəmə tərəfindən təsdiq edilmiş   şəxslər;

    -siyasi partiyalar;

    -dini qurumlar.

    Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

    1.Yayım üzrə xüsusi razılıq (lisenziya) almaq üçün müəyyən olunmuş qaydada ərizə (ərizə formasını Milli Televiziya və Radio Şurasından əldə etmək olar);

    2.Teleradio yayımı kanalının fərqləndirici nişanı (telestudiyanın emblemi);

    3.İddiaçının fəaliyyət növünü əks etdirən Nizamnamənin notariat qaydasında təsdiq olunmuş surəti və təsis müqaviləsi (təsisçilərin sayı 1-dən çox olduğu halda);

    4.Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş qeydiyyat şəhadətnamələrinin notariat qaydasında təsdiq olunmuş surəti;

    5.Yayımın proqram konsepsiyası;

    6.Kadr tərkibi və kadrların peşə hazırlığının səviyyəsi barədə arayış;

    7.Radio verilişlərinin hazırlanmasında və yayınlanmasında istismar olunacaq əsas qurğu və avadanlıqlar (1 və 2 saylı əlavələr doldurulmaqla);

    8.Balansın (01 saylı forma) surəti;

    9.Əsas vəsaitlərin balans üzrə siyahısı(ilkin və qalıq dəyəri ilə);

    10.İcarəyə götürülmüş əsas vəsaitlərin siyahısı, icarə müqavilələrinin surəti;

    11.Radio yayımçısının istifadə edəcəyi ötürücü qurğunun texniki tərəfləri;

    12.Təsisçinin əmək fəaliyyətini əks etdirən geniş tərcümeyi-halı;

    13.Müsabiqədə iştirak etmək üçün 200 (iki yüz) manat həcmində birdəfəlik ödəniş.

    Qeyd:

    1.Müsabiqə üçün tələb olunan sənədlər Azərbaycan Respublikasının dövlət dilində təqdim olunur.

    2.Sənədlər tikilməli, imzalanmalı, möhürlənməli və tarixi qeyd olunmaq şərti ilə Milli Televiziya və Radio Şurasına təqdim olunmalıdır.

    3.Sənədlər 7 nüsxədə təqdim olunmalıdır.

    4.Müsabiqədə iştirak etmək üçün birdəfəlik ödəniş geri qaytarılmır.

    HESAB NÖMRƏSİ:

    Benefisiar bank: Dövlət Xəzinədarlığı Agentliyi
    Kodu: 210005
    Müxbir hesabı: AZ85NABZ01360100000003003944
    VÖEN: 1401555071
    S.W.I.F.T.:  CTREAZ22
    Vəsaiti alan: Milli Televiziya və Radio Şurası
    VÖEN: 1700232971
    Hesab nömrəsi: 4058201
    Büdcə təsnifatının kodu: 142340
    Büdcə səviyyəsinin kodu: 7 
    Ödənişin təyinatı və əsası: Teleradio yayımı üçün xüsusi razılığın (lisenziyanın) alınmasna dair müsabiqədə iştirak

    5.Yuxarıda göstərilən sənədlərdən hər hansı birinin çatışmadığı halda ərizəyə baxılmayacaqdır.

    Müsabiqə üçün tələb olunan sənədlər 22 oktyabr 2012-ci il tarixdən 22 noyabr 2012-ci il tarixədək (şənbə və bazar günləri istisna olmaqla) Milli Televiziya və Radio Şurasının inzibati binasında saat 10:00-dan 18:00-dək qəbul edilir.

    Tel: 598-37-54 , 598-32-24
    Ünvan:Bakı ş., Nizami küç., 105.

Yuxarı ^