• 13 dekabr 2013-cü il tarixdə saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçiriləcəkdir

    13 dekabr 2013-cü il tarixdə saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzində (BMM) (Ünvan: Bakı, Yasamal, Mətbuat 23) Milli Televiziya və Radio Şurası tərəfindən Azərbaycan Respublikasının ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi ilə bağlı dəyirmi masa keçiriləcəkdir. Dəyirmi masada Milli Televiziya və Radio Şurasının, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Azərbaycan Respublikası ərazisində fəaliyət göstərən teleradio yayımçılarının nümayəndələrinin iştirakı nəzərdə tutulur.

    Kütləvi informasiya vasitələri tədbirə dəvətlidirlər.

Yuxarı ^