• Xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət üzrə xüsusi razılıq (lisenziya) almaq üçün tələb olunan sənədlər

     

    Xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət üzrə xüsusi razılıq (lisenziya) almaq üçün tələb olunan sənədlər toplusunun

    M Ü N D Ə R İ C A T I

     

    1. Müsabiqədə iştirak etmək və yayım üzrə lisenziya almaq üçün müəyyən olunmuş qaydada ərizə;
    2. Teleradio yayımı kanalının fərqləndirici nişanları (telestudiyanın emblemi, radionun çağırış siqnalları və s.);
    3. Teleradio yayımı kanalının fəaliyyət növünü əks etdirən Nizamnamənin notariat qaydasında təsdiq olunmuş  surəti;
    4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş qeydiyyat şəhadətnamələrinin notariat qaydasında təsdiq olunmuş surəti;
    5. Kadr tərkibi və kadrların peşə hazırlığının səviyyəsi barədə arayış;
    6. Teleradio verilişlərinin hazırlanmasında və yayımlanmasında istismar olunacaq əsas qurğu və avadanlıqlar (1 və 2 saylı Əlavələr doldurulmaqla);
    7. Balansın (01 saylı forma) surəti;
    8. Əsas vəsaitlərin balans üzrə siyahısı (ilkin və qalıq dəyəri ilə);
    9. İcarəyə götürülmüş əsas vəsaitlərin siyahısı, icarə müqavilələrinin surəti;
    10. Teleradio yayımçısının vəzifəyə təyin olunmasını təsdiq edən sənəd, onun əmək fəaliyyətini əks etdirən tərçümeyi-halı;
    11. Retrnaslyasiya olunacaq kanallar və onlara dair müəlliflik hüququnu təsdiq edən sənədlər
    12. Abunəçilərin sayı və aylıq abunə haqqı barədə Bəyannamə (kabel və kodlaşdırılmış televiziya və məftil ötürücülü radio üçün).

    Qeyd:

    1. Bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində təqdim olunur.
    2. Bütün sənədlər tikilməli, imzalanmalı, möhürlənməli və tarixi qeyd olunmaq şərti ilə Milli Televiziya və Radio Şurasına təqdim olunmalıdır.
    3. Sənədlər __ nüsxədə təqdim olunmalıdır.
    4. Yuxarıda göstərilən sənədlərdən hər hansı birinin çatışmadığı halda ərizəyə baxılmayacaqdır. 
Yuxarı ^