• Azərbaycan Respublikası ərazisindən birbaşa peyk yayımı üçün yayım üzrə xüsusi razılıq (lisenziya) almaq üçün tələb olunan sənədlər

    Azərbaycan Respublikası ərazisindən birbaşa peyk yayımı üçün

    yayım üzrə xüsusi razılıq (lisenziya) almaq üçün tələb olunan sənədlər toplusunun

    M Ü N D Ə R İ C A T I

    1. Müsabiqədə iştirak etmək və yayım üzrə lisenziya almaq üçün müəyyən olunmuş qaydada ərizə;
    2. Teleradio yayımı kanalının fərqləndirici nişanları (telestudiyanın emblemi, radionun çağırış siqnalları və s.);
    3. Teleradio yayımı kanalının fəaliyyət növünü əks etdirən Nizamnamənin notariat qaydasında təsdiq olunmuş  surəti;
    4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş qeydiyyat şəhadətnamələrinin notariat qaydasında təsdiq olunmuş surəti;
    5. Yayımın proqram konsepsiyası;
    6. Kadr tərkibi və kadrların peşə hazırlığının səviyyəsi barədə arayış;
    7. Teleradio verilişlərinin hazırlanmasında və yayımlanmasında istismar olunacaq əsas qurğu və avadanlıqlar (1 və 2 saylı Əlavələr doldurulmaqla);
    8. Balansın (01 saylı forma) surəti;
    9. Əsas vəsaitlərin balans üzrə siyahısı (ilkin və qalıq dəyəri ilə);
    10. İcarəyə götürülmüş əsas vəsaitlərin siyahısı, icarə müqavilələrinin surəti;
    11. Teleradio yayımçısının istifadə etdiyi ötürücü qurğunun texniki tələbləri;
    12. Teleradio yayımçısının vəzifəyə təyin olunmasını təsdiq edən sənəd, onun əmək fəaliyyətini əks etdirən tərçümeyi-halı;
    13. Azərbaycan Respubliaksı ərazisindən peyk yayımının həyata keçirilməsi üçün yayımçının xüsusi razılıq sənədi
    14.  Azərbaycan Respubliaksı ərazisindən peyk yayımının həyata keçirilməsi üçün ilkin müqavilə

    Qeyd:

    1. Bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində təqdim olunur.
    2. Bütün sənədlər tikilməli, imzalanmalı, möhürlənməli və tarixi qeyd olunmaq şərti ilə Milli Televiziya və Radio Şurasına təqdim olunmalıdır.
    3. Sənədlər __ nüsxədə təqdim olunmalıdır.
    4. Yuxarıda göstərilən sənədlərdən hər hansı birinin çatışmadığı halda ərizəyə baxılmayacaqdır.

     

     

Yuxarı ^