• Kabel şəbəkəsi yayım üzrə xüsusi razılıq (lisenziya) almaq üçün tələb olunan sənədlər

    1. Müsabiqədə iştirak etmək və yayım üzrə lisenziya almaq üçün müəyyən olunmuş qaydada ərizə;
    2. Teleradio yayımı kanalının fərqləndirici nişanları (telestudiyanın emblemi, radionun çağırış siqnalları və s.);
    3. Teleradio yayımı kanalının fəaliyyət növünü əks etdirən Nizamnamənin notariat qaydasında təsdiq olunmuş surəti;
    4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş qeydiyyat şəhadətnamələrinin notariat qaydasında təsdiq olunmuş surəti;
    5. Yayımın proqram konsepsiyası;
    6. Kadr tərkibi və kadrların peşə hazırlığının səviyyəsi barədə arayış;
    7. Teleradio verilişlərinin hazırlanmasında və yayımlanmasında istismar olunacaq əsas qurğu və avadanlıqlar (1 və 2 saylı Əlavələr doldurulmaqla);
    8. Balansın (01 saylı forma) surəti;
    9. Əsas vəsaitlərin balans üzrə siyahısı (ilkin və qalıq dəyəri ilə);
    10. İcarəyə götürülmüş əsas vəsaitlərin siyahısı, icarə müqavilələrinin surəti;
    11. Teleradio yayımçısının istifadə etdiyi ötürücü qurğunun texniki tələbləri;
    12. Teleradio yayımçısının vəzifəyə təyin olunmasını təsdiq edən sənəd, onun əmək fəaliyyətini əks etdirən tərçümeyi-halı;
    13. Yayımın aparılması nəzərdə tutulan ərazinin yerli icra hakimiyyəti orqanları ilə həmin layihənin reallaşdırılmasına dair razılıq sənədi (kabel televiziyası üçün);
    14. Abunəçilərin sayı və aylıq abunə haqqı barədə Bəyannamə (kabel və kodlaşdırılmış televiziya və məftil ötürücülü radio üçün);
    15. Retraslyasiya olunacaq kanalların siyahısı;
    16. Retraslyasiya olunacaq kanalları yayımlamağa müəlliflik hüququnu təsdiq edən müqavilələr.

     

    Qeyd:

    1. Bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində təqdim olunur.
    2. Bütün sənədlər tikilməli, imzalanmalı, möhürlənməli və tarixi qeyd olunmaq şərti ilə Milli Televiziya və Radio Şurasına təqdim olunmalıdır.
    3. Sənədlər 7 nüsxədə təqdim olunmalıdır.
    4. Yuxarıda göstərilən sənədlərdən hər hansı birinin çatışmadığı halda ərizəyə baxılmayacaqdır.

     

     

Yuxarı ^