• Cəfərov Məmməd Hüseyn oğlu

    1959-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur. 1978-1980-ci illərdə hərbi xidmətdə olmuşdur. 1982-1989-cu illərdə Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsil almışdır. 1978-1997-ci illərdə Xəzər Dəniz Donanmasında müxtəlif vəzifələrdə çalışmışdır. 1999-2001-ci illərdə Xətai rayonunda MİS-in rəisi vəzifəsində, 2002-2003-cü illərdə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyində müfəttiş vəzifəsində çalışmışdır. 2004-2005-ci illərdə “Kaspi” qəzetində jurnalist kimi çalışmışdır. 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yenidən 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir.

    Evlidir, üç övladı var.

     

    Əlaqə: 012-493-52-68

Yuxarı ^