• "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 11 aprel 2005-ci il tarixli Fərmanı

     "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında

    AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

     

    "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

    1.  Müəyyən edilsin ki, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 35.11-ci maddəsində nəzərdə tutulmuş istehsalına və satışına icazə verilməyən dərmanların, tibb vasitələrinin, həkim resepti ilə verilən dərmanların, habelə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən icazə verilməyən müalicə metodlarının siyahısı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən hər il Milli Televiziya və Radio Şurasına təqdim edilir və Milli Televiziya və Radio Şurası həmin siyahının teleradio yayımçılarına çatdırılmasını təmin edir. [1]

    2.  Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 10, maddə 591; Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 23 mart tarixli 215 nömrəli Fərmanı) 9.7-ci bəndi aşağıdakı redaksiyada verilsin:

    "9.7. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada teleradio yayımçılarına qarşı inzibati tənbeh tədbirləri tətbiq etmək".

    3.   Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Milli Televiziya və Radio Şurası ilə birlikdə "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun və ona müvafiq qəbul edilmiş normativ hüquqi aktların pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanunvericilik aktının layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

     

    İlham ƏLİYEV,

    Azərbaycan Respublikasının Prezidenti

     

    Bakı şəhəri, 11 aprel 2005-ci il

    № 220

     

    İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

     

    1. 16 avqust 2007-ci il tarixli 618 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 766)
    2. 23 noyabr 2007-ci il tarixli 666 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1114)

     

    FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

     

     

     

     

    [1] 16 avqust 2007-ci il tarixli 618 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 766) ilə 1-ci bəndində, “və 35.12-ci maddələrində” sözləri “maddəsində” sözü ilə əvəz edilmişdir, bənddən “dərmanların,” sözü və “həkim resepti ilə verilən dərmanların,” sözləri çıxarılmışdır.

    23 noyabr 2007-ci il tarixli 666 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1114) ilə 1-ci bəndində “tibb təyinatlı məhsulların və texnikanın” sözləri“tibb vasitələrinin” sözləri ilə əvəz edilmişdir.

     

     

     

Yuxarı ^