• “Azərbaycan televiziyası və radiosu günü”nün təsis olunması haqqında Fərman

    “Azərbaycan televiziyası və radiosu günü”nün təsis olunması haqqında

    AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

     

    1. Azərbaycan Respublikasının televiziyası və radiosu işçilərinin peşə bayramı kimi “Azərbaycan televiziyası və radiosu günü” təsis olunsun.

    2.       Azərbaycan radiosu verilişlərinin ilk dəfə efirdə 1926-cı il noyabrın 6-da səslənməsi ilə əlaqədar olaraq “Azərbaycan televiziyası və radiosu günü” hər il noyabr ayının 6-da qeyd edilsin.

     

    Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən

    Azərbaycan Respublikası Ali Sovetinin sədri

    Y. MƏMMƏDOV.

     

    Bakı şəhəri, 5 may 1992-ci il.

    № 723.

     

Yuxarı ^