• Elyazov Mübariz Elyaz oğlu

    1967-ildə Vardenis rayonunda anadan olmuşdur. 1984-cü ildə Moskva şəhərində 84 saylı texniki-peşə məktəbinə daxil olmuş, 1985-ci ildə həmin məktəbi elektrik ixtisası üzrə bitirmişdir. 1988-1993-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Rusiya Federasiyasının Çita vilayətinin Ədliyyə idarəsində aparıcı mütəxəssis vəzifəsində çalışmışdır. 1995-1999-cu illərdə Çita vilayət prokurorluğunda prokuror köməkçisi və müstəntiq vəzifələrində işləmişdir. 1999-cu ildən etibarən «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin hüquqşünası və Asiya Universitetinin Jurnalistika fakültəsində «Jurnalistika və hüquq» tədris proqramı üzrə seminarlar aparmışdır. 2003-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. 2005-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə yenidən Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə yenidən 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. 2017-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə yenidən 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir.

    Evlidir, iki övladı var.

     

    Əlaqə: 012-493-53-17

Yuxarı ^