• Yayımın proqram konsepsiyasının doldurulmasına dair İzahat

    Yayımın proqram konsepsiyasının

    doldurulmasına dair

     

    İ  Z  A  H  A  T

     

    1. Yayımın proqram konsepsiyası 1,5-3 səhifədən ibarət olmaqla müəyyən forma üzrə çap şəklində doldurulur.
    2. Blank doldurmaq üçün zəruri olan  əsas anlayışlar:

     

    • Şəxsi istehsal olan proqramlar - dövlət və xarici istehsal olan  materiallara əsasən öz şəxsi texniki vəsaiti hesabına və öz qüvvəsi ilə hazırlanmış, eləcə də sifarişlər əsasında (şəxsi vəsait hesabına ödənilmiş) hazırlanmış və müddətsiz istifadə əsasında  əldə edilmiş proqramlar;
    •  Ölkə istehsalı olan proqramlar - şəxsi istehsal olan proqramlar, eləcə də  digər teleradio yayımçılarının məhsulları  (göstərmək hüququ əldə etməklə);
    •  Xarici istehsal olan proqramlar - xarici yayım şirkətlərinin ödənişsiz verlişlərinin, eləcə də şərtləri müqavilə ilə razılaşdırılan və  retranslasiya üçün əldə edilən və birdəfəlik göstərmək üçün alınmış (o cümlədən, tərcümə edilmiş bədii və sənədli filmlər) xaricdə istehsal olunmuş  proqramlar.

     

    3. Yayımlanan mövzuların əsas istiqamətləri

     

    • İnformasiya - xəbərlər informasiya proqramları - 8-14,  bəzən 20 epizoddan (süjetlərdən) ibarət cari hadisələr haqqında mütəmadi məlumatlar. Məlumatların yığımı universal, yəni siyasətdən tutmuş hava haqqında məlumatadək olmalıdır. Buraya istənilən tamaşaçı-dinləyici üçün əhəmiyyətli məlumatlar daxil edilir;
    •  Xüsusi xəbərlər informasiya proqramları – bir profil üzrə xəbərlər yığımı – (moda, idman yarışlarının nəticələri, kriminal, avtomobil, kənd təsərrüfatı və s.);
    •  Analitik-informasiya proqramları - auditoriya üçün əhəmiyyəti olan hadisələrin həftəlik və ya aylıq şərhi. Obyektivliyi gözlənilən xəbərlər proqramından fərqli olaraq onların subyektiv təhlili ictimai fikrin formalaşdırılması məqsədi daşıyır;
    •  Publisistik proqramlar – auditoriya qarşısında konkret nümunələr üzrə sosial problemlər qoyan və onun həllinə çalışan jurnalistika yaradıcılığı. Janrlar - efir söhbətlərindən tutmuş teleoçerklərə və sənədli filmlərədək. Seçkiqabağı dövrlərdə teledebat janrları daha səmərəlidir;
    • Mədəni-maarifçilik proqramları – mənəvi dəyərlərə, elmə, incəsənətə, musiqiyə və tarixə həsr olunmuş, eləcə də bu sahədə müasir axtarışları əks etdirən proqramlar.  Janrlar - publisistikada olduğu kimi;
    •  Uşaq proqramları – əsas məzmunu məktəbəqədər və yeniyetmə şəxslərə uyğunlaşdırılmış proqramlar. Əyləncəli «örtük»də verilir;
    •  Musiqili proqramlar – əsasən milli və bəzi hallarda əcnəbi musiqiləri özündə əks etdirən proqramlar;
    •  Əyləncəli proqramlar – «Karoke» və ya «Milyonçu» tipli oyunlar, tok-şou, yüngül musiqi, sirk, estrada və s. verilişləri özündə əks etdirən proqramlar;
    •  Bədii filmlər televiziyanın gününün müstəqil elementi də ola bilər, eləcə də  mədəni-maarifləndirici söhbətlərlə, filmin yaranması və bu günlə uyğunluğu haqqında hekayətlərlə müşayiət oluna bilər.
Yuxarı ^