• Radio yayımı üçün xüsusi razılığın (lisenziyanın) müddətini uzatmaq üçün tələb olunan sənədlər toplusu

    Radio yayımı üçün xüsusi razılığın (lisenziyanın)

    müddətini uzatmaq üçün  tələb olunan

    sənədlər toplusunun

    M Ü N D Ə R İ C A T I

     

    1. Yayım üzrə lisenziya almaq üçün müəyyən olunmuş qaydada ərizə;
    2. Teleradio yayımı kanalının fərqləndirici nişanları (telestudiyanın emblemi, radionun çağırış siqnalları və s.);
    3. Teleradio yayımı kanalının fəaliyyət növünü əks etdirən Nizamnamənin notariat qaydasında təsdiq olunmuş  surəti;
    4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş qeydiyyat şəhadətnamələrinin notariat qaydasında təsdiq olunmuş surəti;
    5. Yayımın proqram konsepsiyası;
    6. Kadr tərkibi və kadrların peşə hazırlığının səviyyəsi barədə arayış;
    7. Teleradio yayımı sahəsində inhisarçılığın qarşısının alınması ilə bağlı bu Qanundan və digər qanunvericilik aktlarından irəli gələn tələblərə il ərzində qanuna müvafiq şəildə əməl olunması barədə müvafiq icra hakimiyyətinin rəyi;
    8. Teleradio verilişlərinin hazırlanmasında və yayımlanmasında istismar olunan əsas qurğu və avadanlıqlar (1 və 2 saylı Əlavələr doldurulmaqla);
    9. Balansın (01 saylı forma) surəti;
    10. Əsas vəsaitlərin balans üzrə siyahısı (ilkin və qalıq dəyəri ilə);
    11. İcarəyə götürülmüş əsas vəsaitlərin siyahısı, icarə müqavilələrinin surəti;
    12. Teleradio yayımçısının istifadə etdiyi ötürücü qurğunun texniki tələbləri;
    13. Teleradio yayımçısının vəzifəyə təyin olunmasını təsdiq edən sənəd, onun əmək fəaliyyətini əks etdirən tərçümeyi-halı;
    14. Yayımın aparılması nəzərdə tutulan ərazinin yerli icra hakimiyyəti  orqanları ilə həmin layihənin reallaşdırılmasına dair razılıq sənədi (kabel televiziyası üçün);
    15. Xüsusi razılıq (lisenziya) sənədi

     

     

     Qeyd:

     

    1.Bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində təqdim olunur.

    2.Bütün sənədlər tikilməli, imzalanmalı, möhürlənməli və tarixi qeyd olunmaq şərti ilə Milli Televiziya və Radio Şurasına təqdim olunmalıdır.

    3.Sənədlər __ nüsxədə təqdim olunmalıdır.

    4.Yuxarıda göstərilən sənədlərdən hər hansı birinin çatışmadığı halda ərizəyə baxılmayacaqdır. 

Yuxarı ^