IBRAF

  • İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Yayım Tənzimləmə Orqanlarının Forumu (İslamic countries Regulatory Authorities Forum – İBRAF)

    IBRAF

    İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Yayım Tənzimləmə Orqanlarının Forumu (İslamic countries Regulatory Authorities Forum – İBRAF) İslam ölkələri yayım tənzimləyici qurumları arasında dialoq və əməkdaşlığın genişləndirilməsi, fikir və təcrübə mübadiləsinin aparılması məqsədləri güdən beynəlxalq bir təşkilatdır.

    İBRAF-ın qurulması layihəsini Türkiyə Radio və Televiziya Ali Şurasının (RTÜK) Baş Katibi Dr.Davud Dursun və o zaman RTÜK beynəlxalq əlaqələr departamentinin müdiri Dr.Hamit Ersoy Səudiyyə Ərəbistanının Ciddə şəhərində İƏT BaşKatibi Dr. Ekmeleddin İhsanoğlu ilə görüşündə irəli sürmüşlər. Bu görüşdə layihənin İƏT-in İnformasiya və Mədəniyyət İşləri üzrə Daimi Komitəsinə (COMİAC-a) təqdim olunması üçün fəaliyyət planı qərarlaşdırılmışdır. Bunun ardınca,  COMİAC 2010-cu il 11-13 tarixlərində Senegalın Dakar şəhərində keçirilən növbəti iclasında bu layihəni bəyənib qəbul etmişdir. Daha sonra, 2011-ci ilin 17-18 noyabr tarixlərində Türkiyənin İstanbul şəhərində İBRAF-ın 1-ci İclası keçirilmiş və təsis olunma haqqında Birgə Deklarasiya qəbul olunmuşdur.

    Nəhayət, 2012-ci ilin 17-20 aprel tarixlərində Gabonun Librevil şəhərində keçirilən İƏT İnformasiya Nazirlərinin toplantısında 57 üzv dövlətin İnformasiya nazirləri İBRAF-ın yaradılmasını dəstəkləmiş və təşkilat öz hüquqi statusunu qazanmışdır.

    2012-ci ilin 1-2 oktyabr tarixlərində Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən 2-ci İllik İclasda İBRAF-ın Nizamnaməsi qəbul olunmuşdur. 2013-cü ilin yanvarın 1-dən qüvvəyə minən Nizamnaməyə əsasən, İBRAF-ın Daimi Katibliyinin Türkiyənin Ankara şəhərində təşkil olunması qəbul olunmuşdur.

    Hazırda İBRAF-ın Baş Katibi RTÜK üzvü olan Dr.Hamit Ersoydur.

Yuxarı ^