BRAF

  • Qara Dəniz Yayım Tənzimləyici Orqanların Forumu (Black Sea Regulatory Authorities Forum – BRAF)

    BRAF

    2007-ci ildə Türkiyənin Radio və Televiziya Ali Şurası (RTÜK) Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (BSEC) üzv dövlətlərinin yayım tənzimləyici orqanlarını özündə birləşdirən platformanı yaratmaq üçün təklif layihəsini BSEC üzv dövlətlərinə təqdim etmişdir. Bunun ardından, təklif BSEC İnformasiya və Kommunikasiya Texnologiyaları İşçi Qrupunun 4-5 dekabr 2007-ci il tarixlərində Ukraynanın Kiyev şəhərində keçirilmiş iclasında qəbul olunmuşdur.

    BSEC üzv dövlətlərinin yayım tənzimləyici orqanları 2008-ci il 30 iyun tarixində BSEC-in İstanbuldakı Baş qərargahında toplanmış və Qara Dəniz Yayım Tənzimləyici Orqanların Forumunun (Black Sea Regulatory Authorities Forum – BRAF) yaradılmasını elan edən Birgə Deklarasiya qəbul edilmişdir.

    BRAF-ın üzvləri bunlardır:

    1. NCRT  -        Albaniya Milli Radio və Televiziya Şurası
    2. NCTR –         Ermənistan Milli Radio və Televiziya Şurası
    3. NTRC –         Azərbaycan Milli Televiziya və Radio Şurası
    4. CEM –           Bolqarıstan Elektron Media Şurası
    5. GNCC –        Gürcüstan Milli Kommunikasiyalar Komissiyası
    6. NCRT –         Yunanıstan Radio və Televiziya Milli Şurası
    7. CCAA –        Moldova audiovisual Fəaliyyətin Koordinasiya Şurası
    8. NAC –           Rumıniya Milli Audiovizual Şurası
    9. Rusiya Federasiyasının Telekommunikasiyalar və KİV üzrə Nazirliyi
    10. RBA –            Serbiya Respublika Yayım Agentliyi
    11. RTÜK –        Türkiyə Radio və Televiziya Ali Şurası
    12. NCTRB –      Ukrayna Milli Televiziya və Radio Yayım Şurası

    Üzv dövlətlərin nümayəndələri gələcək əməkdaşlıq və yayım sektorunda əsas məsələlərin müzakirəsi məqsədilə BRAF hər il bir üzvünün dəvəti ilə İllik İclasını keçirir. 

    BRAF-ın Daimi Katibliyi Türkiyənin Ankara şəhərində RTÜK binasında yerləşir.

Yuxarı ^