Şura sədrinin müavini

  • Vəliyeva Sona Məhəmməd qızı

    1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur. 1980-1984-cü illərdə ADİU-nun mədəni-maarif fakültəsinin təşkilatçı metodist şöbəsində təhsil almışdır. 1984-1994-cü illərdə Ü.Hacıbəyov adına Naxçıvan Musiqi Texnikumunda müəllimə, 1995-1999-cu illərdə “Səs” qəzetində müxbir, 1999-2007-ci illərdə “Kaspi” qəzetində direktor vəzifələrində çalışmışdır. 2005-ci ildə jurnalist fəaliyyətinə görə “Tərəqqi” medalına layiq görülmüşdür. 2005-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yenidən 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. Kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə 2012-ci ildə “Əməkdar jurnalsit” fəxri adı verilmişdir. 28 yanvar 2015-ci il tarixdə Milli Televiziya və Radio Şurası sədrinin müavini seçilmişdir. 

    Ailəlidir, iki övladı var.

    Əlaqə: 012-498-50-42

     

Yuxarı ^