Şura sədri

  • Məhərrəmov Nuşirəvan Umud oğlu

    Nuşirəvan Məhərrəmov 11 sentyabr 1960-cı ildə İmişli rayonunun Muradxanlı kəndində anadan olmuşdur.

    1982-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1985-ci ildə təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitenin tarix fakültəsinin əyani şöbəsinə köçürülmüşdür. 1988-ci ildə Moskva Dövlət Universiteti tarix fakültəsinin aspiranturasının əyani şöbəsinə daxil olmuş, 1992-ci ildə “Azərbaycan milli məsələyə dair partiyalararası mübarizə (1917-1918-ci illər)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini almışdır.

    1992-ci ildən Bakı Dövlət Universitetinin tarix fakültəsində “Qədim dünya və orta əsrlər tarixi” kafedrasında müəllim, baş müəllim vəzifələrində işləmişdir.

    1996-cı ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-Siyasi şöbəsində böyük referent, sektor müdiri vəzifələrində çalışmışdır.

    2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmiş, Şura üzvlərinin iclasında Milli Televiziya və Radio Şurasının sədri seçilmişdir.

    23 yanvar 2009-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yenidən Milli Televiziyası və Radio Şurasının üzvü təyin edilmiş və sədr seçilmişdir. 

    26 yanvar 2015-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə üçüncü dəfə Milli Televiziyası və Radio Şurasının üzvü təyin edilmişdir. Milli Televiziya və Radio Şurasının 28 yanvar 2015-ci il tarixli iclasında yenidən Şuraya sədr seçilmişdir.

    2008-ci ildə Azərbaycan televiziyasının inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə, 2015-ci ildə kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, həmçinin, 2019-cu ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” və “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalları ilə təltif olunmuşdur.

    Evlidir, üç övladı var.

     

    Əlaqə telefonu: (+99412) 598-50-42 (köməkçi)   

                               (+99412) 498-76-68 (qəbul otağı)

     

     
Yuxarı ^