Şura sədrinin müavini

  • Cəbiyev Qafar Cəfər oğlu

    1950-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində anadan olmuş, 1973-cü ildə Gəncə Pedoqoji Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmiş,  1973-1974-cü illərdə İsmayıllı rayonunun Talıstan kənd orta məktəbində tarix müəllimi işləmişdir. 1974-1976-cı illərdə «Zəhmətkeş» rayon qəzetində məktublar şöbəsinin müdiri vəzifəsində çalışmış, 1977-1978-ci illərdə «Bilik» cəmiyyəti İsmayıllı rayon təşkilatının məsul katibi işləmiş, 1978-1980-ci illərdə Azərbaycan KP İsmayıllı rayon komitəsində təlimatçı,  1980-1981-ci illərdə «Zəhməteş» qəzetində redaktor müavini vəzifəsində çalışmışdır.

    1980-ci ildə Azərbaycan EA Tarix İnstitutunun qiyabi aspiranturasına daxil olmuş, 1981-1990-cı illərdə Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya bölməsində baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi vəzifələrində çalışmışdır.

    1990-2003-cü illərdə «Azərbaycan» qəzetinin Balakən-Şəki bölgəsi üzrə xüsusi müxbiri vəzifəsində çalışmış, eyni zamanda BDU-nun Şəki filalının dosenti kimi pedoqoji fəaliyyətlə məşğul olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 2003-ci ildə 4 il müddətinə, 2007-ci ildə isə 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə yenidən 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmiş və elə həmin ilin mart ayında  Milli Televiziya və Radio Şurası sədrinin müavini seçilmişdir.

    1985-ci ildə namizədlik, 2008-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 10 monoqrafiya, 100-dən çox elmi, 300-dən çox elmi-publisistik məqalə müəllifidir. Müxtəlif vaxtlarda keçirilmiş respublika və beynəlxalq əhəmiyyətli konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişdir. “Qızıl qələm” və “Humay”  mükafatları laureatıdır. “Muradxan dəfinəsi” adlı albom-kataloqu Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant müsabiqəsinin qalibi olmuşdur.

    Kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2012-ci il tarixli Sərəncamı ilə  “Əməkdar jurnalsit” fəxri adı verilmişdir.

    Evlidir, iki övladı var.

     

    Əlaqə telefonu:   012-493-38-72

     

Yuxarı ^