• 19 oktyabr 2018-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.

    19-10-2018
    İclasda teleradio yayımı sahəsində qanunverciliyin tələblərinə teleradio yayımçıları tərəfindən əməl edilib-edilməməsi müzakirə edilmişdir. İclasda eyni zamanda “Caspium Group” MMC-nin xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət üçün lisenziya alınması barədə müraciətinə baxılmış, “Caspium Group” MMC ilə KREA İÇERİK HİZMETLERİ VE PRODÜKSİYON A.Ş. (DİGİTURK) arasında bağlanmış 03 avqust 2018-ci il tarixli Distribütörlük Müqaviləsinə əsasən DİGİTÜRKə məxsus teleradio məhsullarının (DİGİPAKET) satış hüququnun Azərbaycan ərazisində “Caspium Group” MMC-yə məxsus olduğu müəyyən edilmiş və ona xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət üçün müddətsiz lisenziya verilmişdir.
  • 2018-ci il 10-12 oktyabr tarixlərində Slovakiyanın Bratislava şəhərində Tənzimləyici Orqanlarının Avropa Platformasının (EPRA) 48-ci Toplantısı keçirilmişdir.

    15-10-2018
    Şura Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Cəmilə Qəhrəmanova 2018-ci il 10-12 oktyabr tarixlərində Slovakiyanın Bratislava şəhərində keçirilən Yayım Tənzimləyici Orqanlarının Avropa Platformasının (EPRA) 48-ci Toplantısında iştirak etmişdir. Toplantıda Avropa dövlətlərinin 52 audiovizual yayım tənzimləyici təşkilatından, həmçinin, Avropa Komissiyasından, ATƏT Media Azadlığı üzrə Bürosundan, Avropa Şurası Media Bölümündən, Avropa Audiovizual Rəsədxanasından ümumilikdə 145 nümayəndə və ekspert iştirak etmişdir.
  • Rumıniyanın Buxarest şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin Yayım Tənzimləyici Orqanlarının Forumunun (BRAF) 9-cu Toplantısı keçirilmişdir.

    08-10-2018
    Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov və Şura Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Fazil Novruzov 2018-ci il 3-5 oktyabr tarixlərində Rumıniyanın Buxarest şəhərində keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin Yayım Tənzimləyici Orqanlarının Forumunun (BRAF) 9-cu Toplantısında iştirak etmişdir.
Bütün Xəbərlər >>
Yuxarı ^